Hiddink Azərbaycana yeni kapitan gətirəcək
11.06.2009 - 13:56
Hiddink Azərbaycana yeni kapitan gətirəcək
2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycanın rəqibi olan Rusiya yığmasında kapitan dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, Finlandiya ilə Helsinkidəki son görüşdə (3:0) sarğını daşıyan Andrey Arşavin bu etimadı sonra da daşıyacaq.

Hər halda, rusların holland baş məşqçisi Qus Hiddink bildirib ki, Semak növbəti oyunlarda, milli komandamızla oktyabrın 14-də Bakıdakı görüşdə də kapitan olacaq. Finlandiya ilə oyun öncəsi zədə alan Sergey məhz bu səbəbdən görüşün sonuna yaxın meydana çıxdı. Hiddink deyib ki, Londonun “Arsenal” klubunda çıxış edən Arşavini kapitan təyin etmək ideyası hələ təlim-məşq əvvəlində yaranıb. Onun sözlərinə görə, kapitanın ingilis dilində yaxşı danışması çox vacibdir. Vətəndə Kazanın “Rubin” klubunda çıxış edən Semakdan fərqli, İngiltərədə oynayan Andrey bu imkana malikdir.
0