Belçika çempionatından “Bakı” klubuna futbolçu gəldi
11.06.2009 - 15:26
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Bakı” klubuna üç əcnəbi futbolçu baxışa gəlib. Bu haqda apasport.az saytına məlumat verən komandanın vitse-prezidenti Zeynal Məmmədov 2 gürcü, 1 braziliyalının düşərgəyə təşrif buyurduğunu bildirib.
Hər üç futbolçu bu gündən komandanın hazırlığında yer alaraq, sınaq müddəti keçəcək: “Bildiyimə görə, braziliyalı Belçikanın yüksək liqasında oynayıb. 21 yaşlı bu futbolçu sol cinah yarımmüdafiəçisidir. Gürcülər isə orta sahə oyunçularıdır. Tiflisin “Lokomotiv” klubunda forma geyiniblər. Gürcüstandan bir menecer bizə müraciət edərək, onları sınamağı təklif edib. Biz də baxıb, qərarımızı verəcəyik”.

- “Atalanta” İvan Yuriçlə yollarını ayırıb
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
0
0