Admir Teli: Hamı orda “Qarabağ”ı tanıyır
11.06.2009 - 16:33
Admir Teli: Hamı orda “Qarabağ”ı tanıyır
“Qarabağ”ın kubok oyunundan dərhal sonra millinin düşərgəsinə yollandım. Təbii ki, hər kəs məndən arxada qalan mövsümdə nə etdiyimlə maraqlandı. Kuboku qazanmağıma görə məni təbrik etdilər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli klubun rəsmi saytına açıqlamasında deyib.

Bu ildən “Qarabağ”da oynayan və Albaniya milli komandasının heyətində meydana çıxan Teli Gürcüstanla evdə keçirilən yoldaşlıq görüşündə iştirak edib. Millidə 5-ci matçını keçirən Admir yalnız 80-ci dəqiqədə meydana çıxsa da, klubunun xarici ölkə yığmasında meydana çıxan ilk futbolçusu kimi tarixə düşüb. O, həmyerlilərinə “Qarabağ” və ölkəmiz haqda danışıb: “Düzdü, Azərbaycan əksəriyyəti üçün sirli qutudur. Amma, onlara Azərbaycanın inkişaf etdiyini söylədim. İnfrastruktur problemi olsa da, inkişaf belə davam edərsə, bir neçə ildən sonra Avropanın ortabablarından birinə çevriləcəyini bildirdim. Bir də onu qeyd edə bilərəm ki, hamı orda “Qarabağ”ı tanıyır”.
0