Ponomaryov “Xəzər-Lənkəran” klubundan qovuldu! - EKSKLÜZİV
11.06.2009 - 16:59
“Xəzər-Lənkəran” rəhbərliyi son bir ildə üçüncü dəfə baş məşqçi postunda dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi İqor Ponomaryovla yollarını ayırıb. Ancaq bu barədə 49 yaşlı mütəxəssisə hələlik məlumat verilməyib.
Ötən ilin dekabrında komandanın sükanı arxasına gətirilən Ponomaryov başa çatan mövsümü boşa verdi. Belə ki, “Xəzər-Lənkəran” onun rəhbərliyi altında avrokuboklara vəsiqə qazana bilmədi. Premyer Liqanı 4-cü yerdə başa vuran komanda artıq yeni baş məşqçi axtarışına da çıxıb. Namizədlərlə bağlı hazırlanan geniş siyahıda tanınan mütəxəssislər də yer alıb.
Onlar arasında Revaz Dzodzuaşvili də var ki, tanınmış gürcüstanlı mütəxəssis hələ altı ay əvvəl “Xəzər-Lənkəran”ın baş məşqçisi ola bilərdi. Lakin həmin vaxt üstünlük Ponomaryova verilmişdi. Elə indi də Dzodzuaşvili ikinci namizəd kimi göstərilib.
Belə ki, klub rəhbərliyi Azərbaycan futboluna, xüsusilə, komandaya bələd olan və ölkəmizdə işləməyi bacaran əcnəbi məşqçiyə elçi düşüb. Bu 2005/06 mövsümünün ikinci dövrəsində “Xəzər-Lənkəran”a rəhbərlik edən Viktor Pasulkodur. Cənub təmsilçisi klubda çalışdığı yarım il ərzində dəmir nizam-intizam yaratmağa nail olan, çempionat ərzində uduzmayan ukraynalının geri qayıtmasında maraqlıdır.
Üç il əvvəl Pasulko ilə anlaşmanı pozan lənkəranlılar hazırda karyerasını Qazaxıstanda davam etdirən mütəxəssislə danışıqlara da başlayıb.

- “Atalanta” İvan Yuriçlə yollarını ayırıb
- Türkiyə millisi 3 futbolçunu heyətdən kənarlaşdırıb - MƏRC QALMAQALINA GÖRƏ
- “Qalatasaray” və “Beşiktaş”dan mərc araşdırması ilə bağlı açıqlama
- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
0
0