“Derbi Kaunti” klubunun futbolçusu Bakıda dəhşətə gəlib
12.06.2009 - 14:20
“Derbi Kaunti” klubunun futbolçusu Bakıda dəhşətə gəlib
“Milli komandamızın ardıcıl iki oyunda qələbə qazanması həqiqətən də çox yaxşı oldu. Lakin Azərbaycan yığmasını udmaq Estoniyanı məğlub etməklə müqayisədə daha vacib idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Derbi Kaunti” klubunda forma geyinən Lyuin Nyatanqa deyib.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uels yığmasının heyətində Azərbaycanla qarşılaşan müdafiəçi matçdan altı gün keçsə də, oyunu unuda bilmir: “Beş saatlıq uçuş, üstəlik, vaxtdakı dörd saatlıq fərq – bunun nəticəsi idi ki, biz Bakıda məşqə başlayanda, Derbidə səhər saat 6:00 idi. Bu, sadəcə dəhşət idi. Lakin biz bu dəhşətə də uyğunlaşdıq. Azərbaycana ilk dəfə idi gedirdim. Onların yığması isə məni lap təəccübləndirdi. Sanki bu komanda əvvəlki qarşılaşmalarda bizimlə oynayan Azərbaycan deyildi. Onlar çox artırmışdılar”.

Qeyd edək ki, iyunun 6-da keçirilən Azərbaycan - Uels matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
0