Alman futbolçu Azərbaycana qarşı oynamaqdan imtina etdi
12.06.2009 - 16:13
“Şalke-04” klubunun futbolçusu Cermeyn Cons bir daha Almaniya yığmasında oynamamaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi dünya çempionatının seçmə mərhələsində Azərbaycanın rəqibi olan Almaniya milli komandasında forma geyinməyəcək. İndiyədək üç qarşılaşmada Bundestimin şərəfini qoruyan Cons həmin matçların yoldaşlıq görüşlərin olmasından yararlanmaq qərarına gəlib. Belə ki, FİFA-nın əsasnaməsinə görə, bir yığmada yoldaşlıq matçlarında oynayan futbolçu başqa ölkənin milli komandasına keçə bilər. ABŞ vətəndaşı olan Cermeyn də bundan sonra amerikalıların heyətində oynamaq istəyir. O, artıq bu barədə Almaniya Futbol İttifaqını da məlumatlandırıb.
Qeyd edək ki, Almaniya yığması avqustun 12-də Bakıda millimizin qonağı olacaq.
Qeyd edək ki, Almaniya yığması avqustun 12-də Bakıda millimizin qonağı olacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0