İspaniya yığmasına yenə uduzduq…
13.06.2009 - 10:19
Azərbaycan və İspaniya yığmaları son üç gündə ikinci dəfə görüşüb. Apasport.az saytının məlumatına görə, bu dəfə çimərlik futbolunda üz-üzə gələn milli komandaların oyunu yenə ispanların qələbəsi ilə nəticələnib - 6:1.
Çimərlik futbolu yığmamız İspaniyanın Kastilyon-de-la-Plana şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində meydan sahiblərinə uduzub. Buna baxmayaraq, Emil Cabbarovun rəhbərlik etdiyi kollektivin dünya birinciliyinə yüksəlmək şansı var. Çünki bu hüquqa 5 yığma, yəni 1/4 finalda məğlub olanlardan biri də sahib çıxır.
Bunun üçün milli komandamız öncə bu gün İtaliyaya qalib gəlməlidir. Əgər futbolçularımız italiyalıları üstələsələr, sabah 5-ci yer uğrunda görüşdə Rumıniya - Fransa cütünün qalibi ilə görüşəcəklər.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0