Türkiyə klubu azərbaycanlı qapıçıya möhtacdır
13.06.2009 - 12:13
Türkiyə klubu azərbaycanlı qapıçıya möhtacdır
Azərbaycan milli komandasının və “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev Türkiyədən dəvət alıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 28 yaşlı futbolçuya qardaş ölkənin “Bucaspor” klubu elçi düşüb.

İzmir komandasının rəhbərliyi danışıqlar aparmaq üçün Fərhada dəvət göndərib. Mövsümlərarası fasilədə “Bucaspor” qapıçılar İlker və Enginlə yeni müqavilə bağlamaqdan imtina ediblər. Yalnız Cenklə razılaşmanın müddəti uzadılıb. Buna görə də, komandada qapıçıya ehtiyac yaranıb.

Qeyd edək ki, 2008/09 mövsümündə “Bucaspor” 2-ci liqada mübarizə aparıb. Uğurlu çıxış sayəsində izmirlilər 18 oyundan 37 xal toplayaraq, 1-ci liqaya vəsiqə qazanıblar. Bu, 81 yaşlı klubun tarixində ən böyük uğurlardan biridir.
0