“Emil Cabbarovun yetirmələri sensasiya yarada bilmədilər”
13.06.2009 - 12:59
“Emil Cabbarovun yetirmələri sensasiya yarada bilmədilər”
“Emil Cabbarovun yetirmələri titullu ispanlarla görüşdə sensasiya yarada bilmədilər və məğlub oldular. İndi azərbaycanlılar mundiala yeganə vəsiqə uğrunda mübarizə aparacaqlar”. Apasport.az-ın məlumatına görə, bu sözlər çimərlik futboluna dair ən operativ sayt olan beachsoccer.ru-da yazılıb.

Milli komandamız İspaniyanın Kastilyon-de-Plana şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsinin 1/4 finalında meydan sahiblərinə uduzub (1:6). Rusiya saytı qrup mərhələsində və 1/8 finalda yaxşı təsir bağışlayan yığmamızın növbəti oyunundan yazıb: “Azərbaycan komandasının 5-ci yer uğrunda mübarizədə ilk rəqibi dünyanın vitse-çempionu İtaliya olacaq”.

Qeyd edək ki, futbolçularımız bu gün İtaliya, sabah isə Rumıniya - Fransa cütünün qalibini üstələyəcəkləri təqdirdə, dünya çempionatında iştirak hüququna yiyələnəcəklər.
0