Bülənt Korkmaz “Xəzər-Lənkəran”ı çalışdırmağa razılıq verdi
16.06.2009 - 09:22
Bülənt Korkmaz “Xəzər-Lənkəran”ı çalışdırmağa razılıq verdi
“Hazırda tətildəyəm və heç bir təklifi nəzərdən keçirmirəm. Mənə edilən dəvətlərlə də maraqlanmıram. Bu işlə menecerlərim məşğul olur”. Bu fikirləri apasport.az saytına eksklüziv açıqlamasında “Qalatasaray” klubunun sabiq baş məşqçisi Bülənt Korkmaz deyib.

Mövsüm bitəndən sonra “Cim-Bom”la yollarını ayıran 41 yaşlı mütəxəssis hələ bir müddət Türkiyə daxilində istirahət etməyi planlaşdırır: “Tətilə çıxdığım müddətdə məni kimsə aramayıb. Menecer dostlarıma da dedim ki, məni axtarmayın. Yalnız istirahətdən qayıtdıqdan sonra hər şeyi danışacağıq”.

“Xəzər-Lənkəran” İqor Ponomaryovu istefaya göndərdikdən sonra yeni baş məşqçi axtarışındadır. Korkmaz İstanbulda çalışan iş adamı Mübariz Mənsimovun sahibi olduğu bu klubun sükanı arxasına keçməyə hazırdır. O, bunun üçün lənkəranlılara şərtlərini açıqladı: “Vallah, “Xəzər-Lənkəran”ın mənimlə maraqlandığını bilmirəm. Mənim istədiklərim, şərtlərim həyata keçirilərsə, komandanı çalışdırmağa hazıram. Əsas şərtlərimdən biri uzun müddət işləməkdir. Yəni, bir-iki il çalışmaq istəmirəm. Mənə 3-4 il baş məşqçi postunda çalışmağı təklif etsələr, razı olaram. Digər şərtlərim də var. Əgər bunlarla bağlı anlaşarıqsa, “Xəzər-Lənkəran”ın baş məşqçisi ola bilərəm. Nədən olmasın ki?”
0