Vaqif Sadıqov yenidən Azərbaycan milli komandasında
16.06.2009 - 09:27
Vaqif Sadıqov yenidən Azərbaycan milli komandasında
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov yenidən yığmada çalışacaq. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, təcrübəli mütəxəssis komandanın baş məşqçisi Berti Foqtsun I köməkçisi vəzifəsinə təyin olunub.

Karyerası ərzində digər yaş qruplarından olan yığmaları da çalışdırmış Sadıqov millinin rekordçusudur. O hamıdan çox – 3 dəfə baş məşqçi təyin olunduğu komandanı hamıdan çox oyuna çıxarıb.

Ölkəmizdə bir neçə paytaxt təmsilçisini, həmçinin İranın “Maşınsazi” klublarına rəhbərlik etmiş Sadıqovun son iş yeri bir il əvvəl dağılan “Gənclərbirliyi” olub. O, bu komandada vitse-prezident postunu tuturdu.
0