“Simurq” Gürcüstanda ilk məğlubiyyətini aldı
16.06.2009 - 09:33
“Simurq” Gürcüstanda ilk məğlubiyyətini aldı
Gələn ay start götürəcək Avropa Liqasında debüt mövsümünə hazırlaşan “Simurq” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ukraynalı baş məşqçi Roman Pokoranın yetirmələri Gürcüstanda keçirilən təlim-məşq toplanışındakı ikinci oyunda “Olimpi” komandası ilə görüşüb. Tiflisin "Lokomotiv" stadionundakı qarşılaşmada Gürcüstan çempionatının bürünc mükafatçısı qalib gəlib – 2:1. İlk hissədən sonra hesabda irəlidə olan zaqatalalılar fasilədən sonra iki top buraxaraq məğlub olub. "Olimpi" komandası da Avropa Liqasına vəsiqə qazanıb və "Simurq"un birinci təsnifat mərhələsində potensial rəqiblərindən biridir.

Qeyd edək ki, Gürcüstandakı hazırlıqlar zamanı Zaqatala təmsilçisinin ilk rəqibi “Sioni” olmuşdu. Baxışda olan belaruslu hücumçu Pavel Beqanskinin 75-ci dəqiqədə vurduğu yeganə qol həmin matçdakı minimal hesablı qələbəni təmin etmişdi.
0