“Qarabağ” Avroliqaya Qızılcahamamda hazırlaşacaq
16.06.2009 - 10:43
“Qarabağ” Avroliqaya Qızılcahamamda hazırlaşacaq
Azərbaycan kubokunun qalibi Ağdamın “Qarabağ” klubu hazırlığa başlayıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi Avroliqada təmsil edəcək ağdamlılar iyunun 22-də Türkiyəyə yollanacaq.

“Qarabağ” qitə miqyaslı turnirə hazırlığı paytaxt Ankaradan 100 km aralıda yerləşən Qızılcahamam bölgəsində keçirəcək. Əvvəllər də burada bir neçə dəfə təlim-məşq toplanışı keçmiş Ağdam klubunun Avroliqaya hazırlığı iyulun 9-dək davam edəcək.

Mövsümlərarası fasilədə ilk məşqinə ev oyunlarını keçirdiyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda çıxan komandanın baş məşqçisi Qurban Qurbanov futbolçuları elə də “yükləməyib”. Qurbanov milli komandanın sıralarında olduğu üçün istirahətə gec yollanan Vaqif Cavadov, Rauf Əliyev və yeni transfer Vüqar Nadirova bir neçə gün də dincəlmək imkanı yaradıb.
0