Rövnəq Abdullayev: Biz qərara almışıq ki..
16.06.2009 - 11:16
Rövnəq Abdullayev: Biz qərara almışıq ki..
“Artıq ikinci ildir ki, tələbələr arasında respublika çempionatı keçirilir. Biz qərara almışıq ki, bu çempionat hər il təşkil olunsun”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş tələbələr arasında II Respublika çempionatının finalında Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Texniki Universitetin komandaları görüşüb. İdman Akademiyasının futbolçuları “Şəfa” stadionunda keçirilən həlledici görüşdə penalti zərbəsindən vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib və çempion adını qazanıb. Oyundan sonra jurnalistlərə fikirlərini bildirən AFFA prezidenti tələbə liqasının yaradılmasının vacibliyini bildirib: “Biz çempionatın daha yüksək səviyyədə keçirilməsi, tələbələrin futbola marağının artırılması üçün tələbə liqasının yaradılması barədə qərar qəbul etmişik”.

Qeyd edək ki, ilk ölkə çempionatının qalibi Naxçıvan Dövlət Universitetinin komandası olub.
0