Bolqarlar İvan Svetkovu “Xəzər-Lənkəran” klubundan alır
16.06.2009 - 11:57
“Xəzər-Lənkəran”ın futbolçusu İvan Svetkov yenidən vətəni Bolqarıstanda çıxış edə bilər. Lent.az-ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı hücumçu ilə Sofiyanın “Levski” klubu maraqlanır. Hələlik Svetkovun təklifə necə yanaşdığı bilinmir.
Qeyd edək ki, təcrübəli hücumçu Bolqarıstanın “Pirin” komandasında yetişib. Sonradan uzun müddət Hollandiya klublarının şərəfini qoruyub. 2006-cı ildə Türkiyənin “Sivasspor” komandasına keçən Svetkov ötən mövsümün əvvəllərində “Xəzər-Lənkəran”la 2 illik müqavilə bağlayıb. 2008-2009-cu il mövsümündə o, Azərbaycan Premyer Liqasında vurduğu 15 qolla bombardirlər sırasında ikinci olub.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0