Tərlan Əhmədov da “Xəzər-Lənkəran”a keçdi
16.06.2009 - 13:15
Tərlan Əhmədov da “Xəzər-Lənkəran”a keçdi
Azərbaycan yığmasının sabiq kapitanı Tərlan Əhmədov məşqçilik karyerasına “Xəzər-Lənkəran”da başlayacaq. Apasport.az saytının məlumatına görə, az öncə futbolçu karyerasını Bakının “Olimpik” klubunda bitirən 38 yaşlı veteran müdafiəçi Lənkəran təmsilçisinin yeni baş məşqçisi Ağasəlim Mircavadovun köməkçisi təyin edilib.

Mircavadovun məşqçilər korpusu artıq tam müəyyənləşib. Belə ki, onunla ötən yay “Xəzər-Lənkəran”dan ayrılan Tofiq Mustafayev yenidən əsas köməkçisi olacaq. Qapıçılarla işləyən məşqçi Hafiz Əliyev klubda fəaliyyətini davam etdirəcək. Əslən Lənkərandan olan Əliyev indiyədək Mircavadov, Rasim Kara və İqor Ponomaryovun dövründə də məşqçilər korpusunda yer alıb. Mircavadov və Mustafayevlə birgə 2006-cı ilin yayında “Neftçi”dən “Xəzər-Lənkəran”a keçən Samir Ələkbərov isə bu dəfə məşqçilər heyətində yoxdur. 41 yaşlı mütəxəssis ötən yay Mircavadov kimi getsə də, sonradan qayıdaraq Ponomaryovun köməkçisi olub. Yalnız Əliyevi saxlayan “Xəzər-Lənkəran” həm Ələkbərov, həm də Ponomaryovun digər köməkçisi Vadim Vasilyevlə yollarını ayırıb.
0