“Neftçi”nin futbolçusu “Tavriya”da
16.06.2009 - 13:39
“Neftçi”nin futbolçusu “Tavriya”da
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Ukraynada baxışdadır. Apasport.az saytının məlumatına görə, flaqmanın mövsüm bitən kimi yollarını ayırdığı müdafiəçi Vladimir Olefir karyerasını vətənində davam etdirmək niyyətindədir. Bir il əvvəl “Neftçi”yək gələn 29 yaşlı müdafiəçi “Tavriya” klubuna keçməyə yaxındır. Hazırda Simferopol təmsilçisində baxışda olan Olefirin taleyinə təlim-məşq toplanışları və tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Vladimir “Neftçi”nin heyətində 21 oyun keçirib.
0