Azərbaycanlı futbolçu “Marsel”də oynayacaq
16.06.2009 - 14:23
Azərbaycanlı futbolçu “Marsel”də oynayacaq
Türkiyə yığmasının və “Qalatasaray”ın futbolçusu Sərvət Çətin karyerasını Fransada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi “Marsel” klubuna transfer olunub.

Bir müddət əvvəl “Sivasspor”dan cəmi 500 min avroya transfer olunan Sərvətin indiki keçidi “Qalatasaray”ın büdcəsini 10 milyon avro zənginləşdirəcək. Marsellilərin İstanbula ezam olunan meneceri Joze Aniko əvvəl futbolçunun özü ilə anlaşmağa çalışıb. Sonra Haldun Üstünel və “Cim-Bom” prezidenti Adnan Polatla görüşən fransalı funksioner istəyinə çatıb. Müdafiəçinin özü də artıq yekunlaşmaq üzrə olan danışıqların bitməyini gözləyir: “Transferim həll olunmuş kimidir. Klublar arasında məsələnin rəsmiləşməyini gözləyirəm”.

Qeyd edək ki, vaxtilə “Fənərbaxça” Sərvəti “Sivasspor”a havayı buraxmışdı.
0