“Bu, ən vacib, strateji plandır” - MÜSAHİBƏ
16.06.2009 - 15:16
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqovun lent.az saytına müsahibəsi
- Bu vəzifəyə təyinatınızla əlaqədar danışıqlar nə vaxtdan aparılmağa başladı?
- İyunun əvvəllərində, təqribən 1 həftə - 10 gün öncə olardı. Ancaq bundan qabaq, ilboyu AFFA-dan bir-iki təklif almışdım. Özümə ən yaxın olanını – milli komandada çalışmaq təklifini dəyərləndirib, iyunun 15-də razılıq vermişəm.
- Təklif aldığınız vaxt millimiz Türkiyə, Uels və İspaniya ilə qarşılaşmalardan hansını keçirmişdi?
- Dəqiq deyə bilmərəm, deyəsən, bu oyunlardan bir-ikisi artıq keçirilmişdi.
- Danışığı kiminlə apardınız?
- AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdüm. O, mənə federasiya prezidenti Rövnəq Abdullayev adından təklifi çatdırdı.
- Elxan Məmmədovla söhbət zamanı AFFA rəhbərliyinin yığmamız haqda hansı fikirdə olduğunu hiss etdiniz?
- Millimiz haqda yalnız xoş sözlər eşitmişəm. Belə demək mümkünsə, yerli futbolçuları yaxşı tanıdığım, onlarla ünsiyyətdə olduğuma üçün gücə güc qatmaq məqsədilə bu vəzifəyə təyinat almışam. Təklif ondan irəli gəlirdi ki, yığmaya namizəd oyunçulara nəzarət edim, futbolçularımızın Azərbaycan Premyer Liqasında və Avropa kuboklarında çıxışlarını izləyərək, seleksiya işlərini aparım. Nəticədə ən layiqli futbolçular milliyə dəvət alsınlar. Amma son sözün sahibi baş məşqçi Berti Foqts olacaq.
- Təyinatınızın hansı zərurətdən irəli gəldiyini düşünürsünüz?
- Fikrimcə, bu təyinat, ilk növbədə, təcrübəmdən irəli gəlir. Yığma səviyyəsində böyük təcrübəyə malik insanam. İstər mən olum, istərsə də başqa məşqçi, hər birimizin borcu Azərbaycan futboluna, o cümlədən, yığmaya xidmət etməkdən ibarətdir. Futbolumuzda tələb olunan mütəxəssislərdən sayılmaq hər birimiz üçün böyük şərəfdir.
- Bu vəzifəyə layiq görülməyinizdə yığmamızın uğursuz nəticələri rol oynaya bilərmi?
- Bu problemlərin həllini sırf mənimlə bağlamaq bəlkə də düzgün olmazdı. Amma atılan addımlar uğurlu nəticələrə hesablanıb.
- Əvvəllər 3 dəfə milli komandamızın baş məşqçisi olmusunuz. İlk təyinatınızda millimizdə gəncləşdirmə siyasəti apardınız və komandamıza gənc futbolçular cəlb etdiniz. Həmin oyunçulardan biri hazırda yığmamızda oynamaqdan imtina edən Zaur Tağızadə idi. Tağızadənin milliyə qaytarılmasına çalışacaqsınız?
- Mən, ilk növbədə, baş məşqçi ilə ünsiyyət qurmalıyam. Məqsəd və vəzifələr açıqlandıqdan sonra işə başlamalıyam. Şəxsi fikrim belədir ki, təkcə Zaur Tağızadə yox, yığmaya bütün namizədləri nəzərdən keçirməliyik və layiqlilər əsas komandamıza dəvət almalı, futbolumuza xidmət etməlidirlər. Təkbaşına kiminləsə danışıqlar aparacağımı və onun yığmaya qaytarılmasına çalışacağımı demək düzgün çıxmazdı. İlk növbədə, çalışacağam ki, Berti Foqts da mənim fikirlərimlə razılaşsın. Fikirlərimiz üst-üstə düşdükdən sonra müvafiq istiqamətdə işlər aparılacaq.
- Foqts da Tağızadənin milliyə çağırılmasının əleyhinə deyil...
- Əgər belədirsə, hesab edirəm ki, Zaur bu gün yığmaya kömək edəcək, gəncləri öz arxasınca apara biləcək gücdədir. Bu fikir təkcə ona aid deyil. Layiqli futbolçular gəncləri yaddan çıxarmamaq şərtilə yığmaya dəvət olunmalıdırlar. Bu, ən vacib, strateji plandır. Gələcəyə ümid gənclərə bağlıdır. Onlara şans verməli, tez-tez yığmanın təlim-məşq toplantılarına dəvət etməliyik.
- Yığmamızın baş məşqçisi yaşı 30-dan yuxarı futbolçuların milliyə dəvət olunmasının əleyhinədir. Bunu 31 yaşlı Zaur Ramazanov, 37 yaşlı Mahmud Qurbanovun yığmaya çağırılmamasında görmək mümkündür. Sizcə, əsas komandamızda yaşlı futbolçuların xidmətindən yararlanma zərurəti varmı?
- Onlar optimal idman formasında olacaqlarsa və yığmaya kömək edə biləcəklərsə, niyə də çağırılmasınlar? Amma yenə deyirəm, bu istiqamətdə işlər mənimlə Foqtsun ünsiyyətindən və əsas məqsədlər bəlli olduqdan sonra aparılacaq. Avropa kuboklarında, klublarımızın təlim-məşq toplantılarında bütün futbolçuları izləməyim üçün şərait yaradılacaq. Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən hər bir futbolçu yığmaya potensial namizəddir. Onların hər biri özlərini yaxşı tərəfdən göstərsələr, əsas komandamıza dəvət oluna bilərlər.
- 2005-ci ildə Karlos Alberto Torres millimizin baş məşqçisi postundan istefa verdikdən sonra bu posta Siz təyin olundunuz. Həmin vaxt gənclərdən ibarət yığmamıza rəhbərlik edirdiniz. İndiki təyinatınız o zamanlar baş verənləri xatırlatmır?
- Mən buna inanmıram. O vaxtlar mənə 2006-cı il dünya çempionatının seçmə tsiklindəki son 3 oyun həvalə edilmişdi. Həmin qarşılaşmalarda millimizi meydançaya çıxardıqdan sonra yığma karyeramın başa çatdığını açıqlamışdım. İndiki təyinatım yığma təcrübəmdən istifadə etməklə Berti Foqtsa kömək məqsədilə baş tutub. AFFA rəhbərliyindən mənə belə deyilib ki, təyinatım Foqtsla razılaşdırılıb. Baş məşqçi hazırda Bakıda deyil. Yaxın vaxtlarda onunla əlaqə qurub, bütün məsələlərə aydınlıq gətirəcəyəm.
- Sabah Berti Foqts istefa versə, Siz onu əvəzləməyə hazırsınızmı?
- Fikrimcə, Foqts apardığı siyasəti, fəlsəfəni, ideyalarını həyata keçirmək üçün sonadək qalıb işləməlidir. İndidən hansısa fikir söyləmək düzgün olmazdı. Mən hələ Torresi əvəz edərək 3 oyunda millinin başında olduqdan sonra bildirmişdim ki, hər zaman yığmaya dəstək verməyə hazıram. Vaxtilə mənim təyinatımla bağlı məsələlərdə özümün yox, özümdən təcrübəli məşqçilərin millidə çalışa biləcəklərini düşünürdüm. Mən vəzifəyə can atan insan deyiləm. Məqsədim odur ki, Azərbaycan futbolu inkişaf etsin və öz sözünü deyə bilsin. Fərqi yoxdur, komandaya kim rəhbərlik edəcək.

0
0