“Tez-tez məşqçi dəyişmək normal hal deyil”
16.06.2009 - 16:44
“Xəzər-Lənkəran” klubunun baş məşqçi postuna qayıdan Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Təxminən bir illik fasilədən sonra “Xəzər-Lənkəran”ın baş məşqçi postuna qayıtdınız. Maraqlıdır, bu variant necə ortaya çıxdı?
- Klubdan zəng edib dedilər ki, görüşmək istəyirik. Rəhbərliklə görüşdüm, danışığımız oldu. Söhbətimiz normal alındı. Bir sözlə, işləmək lazımdır, qurtardı getdi.
- Sizə konkret kim zəng etdi, Mais, yoxsa Mübariz Mənsimov?
- Mais müəllim. Klubda bu işlərə o, baxır.
- İqor Ponomaryov baş məşqçi postundan uzaqlaşdırıldıqdan sonra bu posta dəvət ediləcəyinizi gözləyirdinizmi?
- Vallah, səmimi deyirəm ki, yox. Heç son vaxtlar futbol haqda düşünmürdüm. O mənada ki, işləmək haqda fikirləşirdim, ancaq necə olacaq haqda yox. Çünki mənim öz problemlərim vardı.
- Ötən yay “Xəzər-Lənkəran”dan ayrıldınız və indi geri qayıtdınız. Sizi buna nə sövq etdi?
- Bilirsiniz, biz işi yarımçıq qoymuşduq. Bunu davam etdirmək, daha da artırmaq lazım idi. Bu mənada fikirləşdim və “Xəzər-Lənkəran”ın baş məşqçi postuna qayıtmağa qərar verdim.
- Bəs həmin vaxt niyə işinizi davam etdirmək mümkün olmadı?
- Nəsə olmadı da. Futbolda belə şeylər olur. Valeri Qazzayev də Moskva MOİK-indən çıxdı, sonra qayıtdı, Rusiya çempionu da oldu, UEFA kubokunu da qazandı. Bu o demək deyil ki, getdiyin komandaya qayıda bilməzsən. Əsas məsələ eyni fikrin olmasıdır. Qarşımıza məqsəd qoymuşuq ki, iş görək, inşallah, bunun ardıcıllığı ilə olsun. Əsas məsələlərdən biri komandanın olmasıdır. Həm Lənkəran camaatı, həm də klubun prezidenti, rəhbərlik buna layiqdir. Bax, budur, əsas məsələ.
- Məşqçilik karyeranızda uzaqlaşdırıldığınız komandaya sonradan yenə qayıtdığınız hallar olub. Bu, həm “Neftçi”, həm də “Qarabağ”da baş verib. Ümumiyyətlə, məşqçi sabiq komandasının sükanı arxasına qayıdanda hansı hissləri keçirir?
- Fikirləşir ki, nəsə alınar, nəsə alınmaz. Komandada yeni futbolçular çoxdur. Biri var ki, qoyduğun heyət 80 faiz oradadır. İndi isə elə bir şey yoxdur. Legionerlərin bəziləri qalıb, bəziləri gedib. Mənim vaxtımdakı yerli futbolçuların sayı azlıq təşkil edir. Bütün bunlarla bağlı söhbətimiz oldu. İnşallah, sabah da söhbətimiz olacaq, çox şeyə aydınlıq gələcək. Hər bir məşqçinin öz hissləri olur. Ancaq əsas odur ki, bir-birimizə inam, etibar və bir də işgüzarlıq olsun, vəssalam.
- Avrokuboklardan kənarda qaldığı üçün “Xəzər-Lənkəran”ın yeni mövsümə yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxt var. Sizcə, qitə miqyaslı turnirdən kənarda qalmaq vaxt baxımından işinizə yarayacaq?
- Vallah, bunu deyə bilmərəm. Hesab edirəm ki, vaxt çox yox, azdır. O mənada ki, futbolçu seçimi, kollektiv düzəltmək, taktikanı dəyişmək, komandanı düzəltmək baxımından vaxt elə də çox deyil. Özünüz də bilirsiniz ki, futbol günü-gündən inkişaf edir. Bunun üçün komandanın sürətini artırmaq lazımdır. İspaniya yığmasının Azərbaycana gəlməsi və bizə futbol dərsi verməyi çox şeyi göstərdi.
- Müqaviləniz bir illikdir, yoxsa?
- Bu haqda hələ söhbətimiz olmayıb.
- Bəs nə qədər olmasını istəyirsiniz?
- Bunun fərqi yoxdur. Əsas odur iş olsun. İş görək, komandanı yuxarı yerlərə daşıyaq.
- Amma nədənsə bir müddət sizin “Xəzər-Lənkəran”ın baş məşqçi postuna qayıdışınız gizli saxlanılırdı. Hətta klubun ofisində olmamağınızla bağlı açıqlamanız olmuşdu...
- 2-3 gün şəhərdə deyildim. “Xəzər-Lənkəran”ın rəhbərliyi ilə son günlərdə görüşüm oldu.
- Yəni, məsələ “bişməmiş” danışmaq istəmirdiniz?
- Yox. Sadəcə, gərək məsələ olsun, bu haqda danışaq. Misal üçün, bu gün ofisdə olmuşam, deyirəm ki, olmuşam, rəhbərliklə danışığımız olub.
- Sizinlə yanaşı, bəzi şəxslər də komandaya qayıtdı. Söhbət vitse-prezidentin köməkçisi təyin edilən Tuyqun Nadirov və əsas köməkçiniz Tofiq Mustafayevdən gedir...
- Bilirsiniz, hər kəsin işi olacaq. Hər halda, mən belə başa düşdüm. Komandaya yalnız cavabdeh Mais müəllimdir.
- Baş məşqçi postunda əvəzlədiyiniz İqor Ponomaryov da klubda qaldı. Hər halda, SSRİ dövründə “Neftçi”də rəhbərliyiniz altında oynayan bu şəxsə adət etmədiyimiz vitse-prezident postuna təyinat aldı. Bu variant necə ortaya çıxdı?
- Bilmirəm. Görünür, onlar belə razılığa gəliblər. Allah xeyir versin.
- Adətən vitse-prezident transfer işlərinə əsas cavabdeh şəxs sayılır. Sizcə, keçmiş yetirmənizlə əməkdaşlıq necə olacaq?
- Ponomaryovun klubda başqa işi olacaq. O, uşaq futboluna baxacaq. Ponomaryovun “Xəzər-Lənkəran”da işini davam etdirməsinə normal baxıram. Qoy işləsin.
- Yəni Ponomaryov transfer işlərinə baxmayacaq?
- Yox.
- Bəs kim baxacaq, Ponomaryovun köməkçisi Nadirov?
- Bu işlərə Tuyqun Nadirov da yox, yalnız klub prezidenti və baş məşqçi baxacaq.
- “Xəzər-Lənkəran”a transfer etmək üçün gözaltı etdiyiniz futbolçular varmı?
- Hələ hazırlaşırıq.
- Siz olmadığınız müddətdə, yəni arxada qalan müddətdə komandada əsas problem nəyi görürsünüz?
- Vallah, çox oyunlarını görmədiyindən bu haqda fikir yürüdə bilmərəm. Amma onu deyə bilərəm ki, bizim vaxtımızda olan oyunu qaytarmaq, bir az sürəti artırmaq lazımdır. Yəni topla tez işləmək, tez ötürmə vermək, tez açılmaqdır. Budur əsas məsələ.
- Lənkəranlı azarkeşlər “Xəzər-Lənkəran”dan həmişə baxımlı oyun gözləyiblər. Klubun bütün titulları – bir çempionluq, iki ölkə kuboku, bir “Birlik kuboku” sizin vaxtınızda qazanılıb. Necə hesab edirsiniz, “Xəzər-Lənkəran” köhnə günlərini yenidən rəhbərliyiniz altında qaytara biləcəkmi?
- Azərbaycanda 3-4 iddialı klub varsa, biri də “Xəzər-Lənkəran”dır. Bu klub həmişə iddialı olmalıdır. Çünki onun rəhbərləri də iddialıdır, futbolu sevən insanlardır. Bir də komandanın azarkeşlərini unutmaq lazım deyil. Onların baxımlı oyun istəməsini alqışlayıram.
- Yəqin ki, qarşıya nəticə qazanmaq vəzifəsi qoyulub...
- Hələ bu haqda söhbət olmayıb. İnşallah, olacaq. Rəhbərlik qarşıya nəticə qazanmaq vəzifəsi qoydu-qoymadı, hesab edirəm ki, birinci yer uğrunda mübarizə aparmalısan. Yəni Azərbaycanda nə titullar var, onu əldə etmək uğrunda mübarizə aparmalıyıq.
- “Xəzər-Lənkəran” mövsüm bitəndən az sonra 6 futbolçunu transferə çıxardı. Özü də onların 4-ü ötən yay sizin vaxtınızda transfer edilib. Yəqin bu haqda məlumatınız var?
- Yoxdur. Danışığımız belə oldu ki, sabah yenə söhbət olacaq.
- Ötən mövsüm nəinki komandanın, ümumiyyətlə, mövsümün bombardiri olan İvan Svetkovu bolqarlar “Xəzər-Lənkəran”dan almaq istəyirlər...
- İnşallah, sabah hamısına aydınlıq gələr.
- “Xəzər-Lənkəran” kimi iddialı kluba bir ildə üç baş məşqçi dəyişmək heç başucalığı gətirmir. Sizcə, bu məsələ gələcəkdə tənzimlənəcəkmi?
- Mən sizə deyim ki, futbolda istənilən klubda tez-tez baş məşqçi dəyişirsə, bu, normal hal deyil. Bu zaman komandanın oyunu itə bilər. Bayaq dediyim kimi, əsas məsələ bir-birimizə inanmaq, etibar etmək, işləməkdir.
- Belə çıxır ki, ötən yay “Xəzər-Lənkəran”dan problemlə ayrılsaydınız, indi əməkdaşlığı bərpa etmək mümkün olmazdı...
- Mən hansısa komandadan problemlə ayrılmamışam. Vəziyyətə uyğun hərəkət etmişəm.
- Həmin vaxt özünüz istefa vermişdiniz. Yəni, UEFA kubokunda Polşanın “Lex” komandası ilə cavab görüşündən qayıdarkən, elə hava limanında bunu etmişdiniz...
- Bəli. Uduzduq, ona görə istefa verdim.
- “Lex”ə böyük hesabla – 1:4 uduzdunuz, ona görə?
- Yox. Sadəcə, UEFA kubokunda uduzduğuma görə getməyi qərara aldım.

0
0