“Real” kredit götürür
16.06.2009 - 17:28
İspaniyanın “Real” klubu Kriştianu Ronaldo və Kakanı transfer etmək üçün borca girir. Apasport.az saytının məlumatına görə, ulduz futbolçuları heyətə qatmaq üçün ödənməli olan 153 milyon avronu madridlilərə yerli banklar verəcək. “Caja Madrid” “Real”a 76,5 milyon kredit verirsə, qalan məbləği “Santander” bankı üzərinə götürüb. Bu kreditin qarşılığında madridlilər “Mediapro” şirkətindən alınacaq vəsaitləri qoymalı olub. Teleyayım hüquqlarına yiyələnəcək bu qrupun “Real”a ümumilikdə 600 milyon avro ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, braziliyalı Kakanın “Milan”dan keçidinə 65, portuqaliyalı Ronaldonun “Mançester Yunayted”dən transferinə isə 80 milyon avro ödəməlidir.
Qeyd edək ki, braziliyalı Kakanın “Milan”dan keçidinə 65, portuqaliyalı Ronaldonun “Mançester Yunayted”dən transferinə isə 80 milyon avro ödəməlidir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0