Azərbaycanlı Ukraynanın ən yaxşı futbolçusu seçildi
17.06.2009 - 09:39
Azərbaycanlı Ukraynanın ən yaxşı futbolçusu seçildi
Ukraynada mövsümün ən yaxşı futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, jurnalistlər arasında aparılan sorğunun nəticələrinə əsasən, Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Aleksandr Əliyev 2008/09 mövsümünün ən yaxşı futbolçusu seçilib. Azərbaycan köklərinə malik Əliyev sorğuda ikinci olan komanda yoldaşı Artyom Milevskini qabaqlayıb. Üçüncü yeri isə UEFA kubokunun qalibi olan “Şaxtyor”un kapitanı Dario Srna tutub.

Qeyd edək ki, Əliyev ötən mövsüm Ukrayna çempionatında 26 oyun keçirib 13 qol vurub.
0