“İnter” Türkiyədə darmadağınla başladı
17.06.2009 - 10:25
“İnter” Türkiyədə darmadağınla başladı
Bakının “İnter” klubu yeni baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan bakılılar yerli “Antalya Karması” ilə qarşılaşıb. Gürcüstanlı mütəxəssisin debüt matçında yetirmələri 5:1 hesabı ilə qalib gəlib. Aşağı dəstə təmsilçisi ilə matçda “İnter”in qollarına Xaqani Məmmədov (2), Qoran Arnaut, Rövşən Əmiraslanov və Asif Məmmədov imza atıb.

Qeyd edək ki, paytaxt təmsilçisinin növbəti iki matçdakı rəqibləri də məlum olub. “İnter” iyunun 19-da ötən mövsüm həvəskarlar arasında Türkiyə çempionatının 5 qalibindən biri olan və 4-cü dəstəyə vəsiqə qazanan “Tekirova bələdiyyəsi”, 22-də isə “Manavqat bələdiyyəsi ilə görüşəcək.
0