“İnter” Elvin Məmmədova 150 min dollar qiymət qoyub
17.06.2009 - 12:52
“İnter” Elvin Məmmədova 150 min dollar qiymət qoyub
Azərbaycan yığmasının futbolçusu Elvin Məmmədov “İnter” klubunu tərk etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı yarımmüdafiəçi karyerasını başqa komandada davam etdirmək fikrindədir. Hazırda Türkiyədə təlim-məşq toplanışında olan “bankirlər”in heyətindən kənarda qalan Məmmədovun “Qarabağ”a keçəcəyi gözlənilir. Amma Ağdam təmsilçisi bu arzusuna çatmaq üçün 150 min dollar xərcləməlidir. Belə ki, vitse-çempion müqaviləsi olan futbolçu üçün məhz bu qədər kompensasiya istəyir.
0