Azərbaycan yığması Moldovaya qalib gəlib
17.06.2009 - 13:11
Azərbaycan yığması Moldovaya qalib gəlib
Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası “FA of Moldova Cup” turnirində ilk oyununu keçirib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, almaniyalı baş məşqçi Oliver Pilzerin yetirmələrinin turnirdəki ilk rəqibi meydan sahibləri olub. Yığmamız moldovalı həmyaşıdlarını 2:1 hesabı ilə məğlub edərək yarışa qələbə ilə başlayıb. Komandamızın heyətində Nuran Qurbanov və Kazım Kazımlı fərqlənib.

Qeyd edək ki, millimiz növbəti oyununu iyunun 19-da Rumıniyaya qarşı keçirəcək.
0