“Zimbru”nun kapitanı “Qarabağ”da
17.06.2009 - 13:23
“Zimbru”nun kapitanı “Qarabağ”da
Azərbaycan kubokunun son qalibi olan “Qarabağ” klubu mövsümlərarası fasilədə ilk legionerə dəvət göndərib. Apasport.az saytının məlumatına görə, vəsiqə qazandığı Avroliqada ona kömək edəcək legioner axtarışında olan Ağdam təmsilçisi Moldovanın “Zimbru” klubunun kapitanı Maksim Frantsuza düşərgəsində yer verib.

Mayın 4-də 23 yaşı tamam olan Maksim orta sahə oyunçusudur. Onunla bağlı ən diqqəti çəkən məqam 2006-cı ilin yayında UEFA kubokunun ilk təsnifat mərhələsində “Qarabağ”a qarşı oynamasıdır. Moldova yığmasında da çıxış etmiş futbolçu komanda Türkiyəyə gedənədək Bakıda sınaqdan keçdikdən sonra onun haqda son qərar veriləcək.

Qeyd edək ki, “Qarabağ” iyunun 22-dək paytaxtda gündə iki dəfə hazırlıq keçib, ardından Türkiyəyə yollanacaq. Ağdamlılar Qızılcahamamda iyulun 9-a qədər təlim-məşq toplanışında olacaq.
0