“Bavariya” Ardaya 11 milyon avro və bir futbolçu təklif etdi
17.06.2009 - 14:07
Türkiyə milli komandasının futbolçusu Arda Turan karyerasını Almaniyada davam etdirmək şansı əldə edib. Apasport.az saytının məlumatına görə, Münhenin “Bavariya” klubu “Qalatasaray”da çıxış edən 22 yaşlı yarımmüdafiəçini transfer etməkdə israrlıdır.
Artıq münhenlilər Ardaya görə klubuna rəsmi təklif də irəli sürüb. Belə ki, “Bavariya” Turanın müqabilində “Qalatasaray” rəhbərliyinə 11 milyon avro, üstəgəl Demişelisi verməyə hazırdır. Bu müdafiəçi Argentina milli komandasının üzvüdür. “Cim-Bom” kapitanlıq təklif etdiyi Ardanı satmamağı qərara alsa, almanların bu cəlbedici təklifi rəhbərliyin ağlını qarışdırıb. Turanla görüşən rəhbərlik onunla daha bir il komandada qalmaqla bağlı ortaq məxrəcə gəlsə də, “Bavariya”dan gələn təklif tərəddüdə səbəb olub.
Qeyd edək ki, fransalı yarımmüdafiəçi Frank Riberi ilə yollarının ayrılacağı ilə barışan “Bavariya” bu boşluğu Arda ilə doldurmaq fikrindədir.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0