Moldova “Dinamo”sunun kapitanı “Simurq”da!
17.06.2009 - 14:35
Moldova “Dinamo”sunun kapitanı “Simurq”da!
Moldovanın “Dinamo” klubunun kapitanı Maksim Mixalev karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Bender şəhəri təmsilçisinin baş məşqçisi Yuri Xodıkin futbolçusunun gedişi ilə artıq barışıb. O, komandasından gedənlər arasında kapitan Mixalevin adını çəksə də, Maksimin hansı klubumuzla anlaşdığını göstərməyib: “Mixalev komandanı tərk edib. O, Azərbaycan klublarından biri ilə müqavilə bağlayıb”.

Son Moldova çempionatının ən yaxşı futbolçularından sayılan Maksimin hansı kluba keçdiyini də öyrəndik. Belə ki, ölkəmizi Avroliqada təmsil edəcək Zaqatalanın “Simurq” klubu 23 yaşlı moldovalı hücumçunu transfer edib.
0