Oliver Pelzer: Yığmamız yüksək əzmkarlıq nümayiş etdirdi
17.06.2009 - 14:54
Oliver Pelzer: Yığmamız yüksək əzmkarlıq nümayiş etdirdi
“Moldova yığmasına qarşı oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Oliver Pelzer deyib.

Almaniyalı çalışdırıcı yetirmələrinin bu gün start götürən “FA of Moldova Cup” turnirinin ilk matçında qələbə qazanmasından razı qalıb. O, meydan sahibləri – Moldova milli komandası ilə görüşdəki qələbənin asan başa gəlmədiyini düşünür: “Meydan sahibləri ilə oynamağımıza baxmayaraq, ilk dəqiqələrdə qol üçün imkan yaratdıq. Lakin ondan maksimum bəhrələnə bilmədik. Rəqib isə belə imkanından yararlanmağı bacardı. Bundan sonra oyunda böyük dəyişiklik yarandı və üstünlüyü ələ alaraq 2:1 hesabı ilə qalib gəldik. Ümumilikdə uşaqların oyunundan razı qaldım. Yüksək əzmkarlıq nümayiş etdirdilər”.

affa.az
0