Şok: Arılar futbol matçını təxirə saldılar
17.06.2009 - 15:53
Şok: Arılar futbol matçını təxirə saldılar
Zimbabvenin futbol çempionatında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu ölkənin aşağı liqasında “Hippo Velley” və “Mutare Farm Sapplay” klubları arasında keçirilən oyun arıların ucbatından əvvəl dayandırılıb, sonra isə təxirə salınıb.

Görüşün 23-cü dəqiqəsində meydana arı dəstəsi uçub gəlib və futbolçular özlərini xilas etmək üçün qaçmalı olublar. Nəticədə baş hakim oyunu dayandırmaq məcburiyyətində qalıb. 45 dəqiqədən sonra matç ümumiyyətlə, təxirə salınıb. Çünki arılar o vaxtadək meydanı tərk etməyiblər.

Qeyd edək ki, qarşılaşma “Çişamiso” adlanan stadionda gerçəkləşib və bu da yerli dildən tərcümədə “möcüzə” deməkdir.
0