“Simurq”da 5 legioner
17.06.2009 - 17:14
“Simurq”da 5 legioner
Gürcüstanda təlim-məşq toplanışında olan Zaqatalanın "Simurq" klubu baxışda olan futbolçulardan bəziləri ilə münasibətlərini rəsmiləşdirib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, baş məşqçi Roman Pokoranın sınadığı 10-dan artıq legionerdən 5-i bəyənilib.

Artıq ukraynalı müdafiəçi Aleksandr Şevelyuxin, orta xətt oyunçuları - moldovalı Aleksandr Popoviç, gürcüstanlı Roman Axalkatsi və latviyalı Gennadi Solonitsin və bolqarıstanlı hücumçu Nikolay Petrov-Valev ilə müqavilə imzalanıb. Popoviç istisna olmaqla, digərləri ilə 1 illik anlaşmaya imza atılıb. Moldovalı ilə bağlanan müqavilənin müddəti isə daha qısa müddətlidir. Onunla anlaşma 2 aylığa nəzərdə tutulub. Futbolçu Avropa Liqası yarışlarında özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, razılaşmanın müddəti uzadılacaq.

Bu beş legionerdən 4-ü üçün qarşıdakı mövsüm Azərbaycanda debüt ili olacaq. “Karvan”dakı çıxışı ilə tanınan, ötən mövsüm “Olimpik”in şərəfini qorumuş Axalkatsi isə həm qitə kuboklarında, həm də daxili yarışlarda Azərbaycan klublarının formasını geyinib.
0