Dişinin bəlasına düşən futbolçu - FOTO
17.06.2009 - 23:12
Dişinin bəlasına düşən futbolçu - FOTO
Bir neçə gün öncə “Portu” klubunu “Milan”a dəyişən Əli Sissoko xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, italiyalılar 22 yaşlı futbolçu ilə bağlanmış müqaviləni ləğv edə bilərlər. Buna səbəb Mali əsilli fransız müdafiəçinin dişində yaranan problemdir.

Sissokonun “Milan”a transferi barədə iyunun 16-da rəsmi xəbər yayılması nəzərdə tutulsa da, İtaliya klubunun planları alt-üst olub. Gənc oyunçu tibbi müayinədən keçərkən, diş nahiyəsində problem olduğu müəyyənləşib.

“Milan”ın həkimi Jan-Pyer Meerseman təkrar testə ehtiyac olduğunu söyləyib. Sissoko növbəti dəfə tibbi müayinədən keçəcək və əgər problem həllini tapmasa, italiyalılarla anlaşma ləğv olunacaq.
0