“Qalatasaray” hansı ulduzu almaq istəyir?
17.06.2009 - 23:27
“Qalatasaray” hansı ulduzu almaq istəyir?
“Qalatasaray” klubu gözlənilməz təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” rəhbərliyi “Liverpul”un 22 yaşlı holland hücumçusu Rayan Babeli almaq istəyini açıqlayıb.

Bu transferdə əsas təşəbbüskar komandanın yeni baş məşqçisi Frank Raykarddır. Belə ki, 47 yaşlı holland mütəxəssis həmyerlisinin alınmasını vacib sayır. Hətta Raykard bunu klubun ilk məqsədi hesab edir.

Qeyd edək ki, “Liverpul”da əsas heyətə az hallarda düşən Babelin transfer qiyməti təxminən 9,5 milyon avrodur.
0