İspaniya yarımfinala yüksəldi
18.06.2009 - 10:06
Konfederasiyalar Kubokunda ikinci tura start verilib. Apasport.az saytının məlumatına görə, A qrupunda keçirilən matçlardan sonra yarımfinalçılardan biri müəyyənləşib. Ardıcıl ikinci qələbəsini qazanan İspaniya yığması sonuncu turun qarşılaşmasından asılı olmayaraq, növbəti mərhələyə vəsiqəni təmin edib.
Məğlubiyyətsiz oyunlar seriyasını 34-ə çatdıran Visente del Boskenin yetirmələri bu dəfə İraqı üstələyib – 1:0. Minimal hesabla uduzan Asiya çempionları sonuncu turda ispaniyalılara azarkeşlik edəcək. Belə ki, yalnız avropalıların qələbəsi təqdirində iraqlılar Yeni Zelandiyanı münasib hesabla məğlub edib yarımfinala çıxa bilər. Okeaniya təmsilçisi isə artıq vətənə bilet sifariş edə bilər. Meydan sahibləri – CAR futbolçuları Parkerin dublu sayəsində zelandiyalıları ikinci məğlubiyyətlə barışdırıb. İndi növbəti mərhələyə çıxmaq şansları afrikalıların öz əlindədir.
Konfederasiyalar kuboku, II tur
17 iyun, A qrupu
İspaniya – İraq - 1:0
Vilya, 55.
CAR – Yeni Zelandiya - 2:0
Parker, 22, 51.
Bu gün B qrupunda ikinci turun oyunları keçiriləcək. A qrupunda isə sonuncu turun oyunları iyunun 20-də baş tutacaq.

1 | İspaniya | 2 | 2 | 0 | 0 | 6-0 | 6 |
2 | CAR | 2 | 1 | 1 | 0 | 2-0 | 4 |
3 | İraq | 2 | 0 | 1 | 1 | 0-1 | 1 |
4 | Yeni Zelandiya | 2 | 0 | 0 | 2 | 0-7 | 0 |
Bu gün B qrupunda ikinci turun oyunları keçiriləcək. A qrupunda isə sonuncu turun oyunları iyunun 20-də baş tutacaq.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0