Aleksandr Çertoqanovla Mahir Şükürov “İnter”ə keçdilər
18.06.2009 - 10:12
“İnter” Azərbaycan yığmasının iki futbolçusunu transfer edib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Aleksandr Çertoqanovla müdafiəçi Mahir Şükürov karyeralarını paytaxt təmsilçisində davam etdirəcəklər. Hər iki futbolçu ilə aparılan danışıqlar müsbət nəticə verib. Onlar Türkiyəyə yollanaraq, yeni baş məşqçi Kaxaber Sxadadzenin sərəncamında olacaqlar. “İnter”in gürcüstanlı çalışdırıcısı artıq bir həftəyə yaxındır qonşu ölkədə təlim-məşq toplanışındadır.
Çertoqanov sonuncu dəfə “Simurq”un, Şükürov isə “Olimpik”in formasını geyinib.
Mənbə: extratime.az
Çertoqanov sonuncu dəfə “Simurq”un, Şükürov isə “Olimpik”in formasını geyinib.
Mənbə: extratime.az
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0