“Simurq”un rəqibləri məlum oldu
18.06.2009 - 10:38
Zaqatalanın “Simurq” klubunun Gürcüstanda keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutacaq növbəti iki oyundakı rəqibləri məlum olub. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Roman Pokoranın yetirmələri qarşıdakı 3 gün ərzində keçirəcəyi iki yoxlama görüşündə də meydan sahibləri ilə qarşılaşacaq. Bu gün Tbilisinin "Lokomotiv" stadionunda növbəti dəfə "Olimpi" ilə qarşılaşacaq “Simurq” iki gün sonra - iyunun 20-də elə həmin stadionda "Zestafoni"ni sınağa çəkəcək.
Qeyd edək ki, iyunun 9-dan Gürcüstanda təlim-məşq toplanışında olan "sarı-qaralar" artıq iki yoldaşlıq oyununda meydana çıxıblar. İyunun 12-də "Sioni"ni 1:0 hesabı ilə məğlub edən "Simurq", 3 gün sonra "Olimpi"yə məğlub olub - 1:2.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0