Milli komandamıza 22 futbolçu çağırıldı
18.06.2009 - 10:42
Milli komandamıza 22 futbolçu çağırıldı
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 19 yaşlılardan ibarət yığmamızın növbəti təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısı məlum olub. Milli komandanın almaniyalı baş məşqçisi Bernard Lippert iyunun 19-dan 24-ə qədər keçiriləcək hazırlıqlara 22 oyunçunu dəvət edib. Bunlar Səlahət Ağayev, Andrey Popoviç, Vəfadar Quliyev, Fariz Məmmədov, Pərviz Bayramov, Şəhriyar Xəlilov, Amid Quluzadə, Kamil Nurəhmədov, Orxan Həsənov, Rəşad Əyyubov, Emin Mehdiyev, Tural İsgəndərov, Qara Qarayev, Mirhüseyn Seyidov, Araz Abdullayev, Cavidan Musazadə, Həsən Allahyarov, Tərlan Quliyev, Nicat Qurbanov, Yasin Yaqubzadə, Elgiz Kərəmli və Eldar İsmayılovdur.

Qeyd edək ki, toplanış Bakı şəhərində baş tutacaq.
0