“Simurq” klubunun Avropa Liqası üçün ilkin iştirak ərizəsi hazırdır - SİYAHI
18.06.2009 - 10:47
“Simurq” klubunun futbolçularının Avropa Liqasında hansı nömrə altında çıxış edəcəkləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 5 futbolçunun transferini rəsmiləşdirməklə qitə miqyaslı turnir ərəfəsində heyətin komplektləşdirilməsi böyük ölçüdə başa çatıb. Daha bir neçə oyunçu ilə danışıqları davam etdirən klubun sıralarına bir və ya iki futbolçunu qatacağı da istisna deyil.
"Simurq"la müqavilə bağlayan futbolçular isə artıq Avropa Liqası oyunları üçün nömrələrini seçiblər. Yeni transferlərdən qapıçı Rauf Mehdiyev son illər çıxış etdiyi 44, Genadi Solonitsin 7, Aleksandr Şevelyuxin 8, Aleksandr Popoviç 10, Nikolay Petrov 21, Roman Axalkatsi isə 23 nömrəyə üstünlük veriblər.
Hazırda “Simurq”un heyətində 20 futbolçu var ki, onların hər biri nömrəsi ilə bağlı qərarını verib: 1. Taras Çopik, 3. Rasim Ramaldanov, 4. Aleksandr Malıgin, 5. Sergey Sokolov, 7. Genadi Solonitsin, 8. Aleksandr Şevelyuxin, 9. Elşən Məmmədov, 10. Aleksandr Popoviç, 11. Rüstəm Məmmədov, 13. Vladimir Mazyar, 14. Sergey Artyux, 15. Tural Cəlilov, 17. Kaxaber Çxetiani, 18. David Bolkvadze, 20. Mixail Maxviladze, 21. Nikolay Petrov Valev, 22. Qriqol Dolidze, 23. Roman Axalkatsi, 25. Ramil Sayadov, 44. Rauf Mehdiyev.

0
0