FİFA milli çalğı alətlərinə qarşı çıxır?
18.06.2009 - 12:11
CAR-da keçirilən Konfederasiyalar Kuboku oyunlarında azarkeşlərin çıxardığı səslər FİFA-da da müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, milli çalğı alətlərində ifa edən afrikalı azarkeşlərin hərəkətləri dünya futbol qurumunu müvafiq addımlar atmağa sövq edir.
FİFA “vuvuzela” adlanan zurnaya bənzər bu alətlərdən narazılıq edən Avropanın televiziya şirkətlərinin çoxsaylı şikayətlərinə baxmağı planlaşdırır. Çünki bu şirkətlər gələn il keçiriləcək dünya çempionatı zamanı da eyni problemlə üzləşməkdən çəkinir.
Qurumun prezidenti Yozef Blatter də bu vızıltıya bənzər səslərə münasibət bildirib: “Mən heç bilmirəm bu səsi dayandırmaq olar, ya yox. Bu, yerli musiqidir. Həmişə demişəm ki, Afrika qərbi Avropa deyil. Bura səs, ritm, enerji, rəqs, musiqi, təbil deməkdir. Bütün bunlar Afrikaya xas cəhətlərdir və biz buna uyğunlaşmalıyıq”.

0
0