“Xəzər-Lənkəran”ın ilk transferi: Mircavadov Adamiyanı yanına apardı
18.06.2009 - 13:51
“Xəzər-Lənkəran”ın ilk transferi: Mircavadov Adamiyanı yanına apardı
Georgi Adamiya karyerasını “Xəzər-Lənkəran” klubunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı gürcüstanlı hücumçu ötən mövsüm çempion olduğu “Bakı” ilə yollarını ayırmağa qərar verib.

Adamiya “Neftçi”də rəhbərliyi altında oynadığı, “Xəzər-Lənkəran”ın baş məşqçi postuna qayıdan Ağasəlim Mircavadovun yanına gedib. O, bu gün yeni komandası ilə rəsmi müqavilə imzalamaqla, keçidini rəsmiləşdirib.

Qeyd edək ki, Adamiya “Neftçi”də Mircavadovun rəhbərliyi altında ölkə çempionluğunu və “Birlik kuboku” turnirini qazanıb.
0