“Bakı” Milli Basketbol Assosiasiyasından nümunə götürür - FOTO
18.06.2009 - 15:36
“Bakı” Milli Basketbol Assosiasiyasından nümunə götürür - FOTO
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Bakı” klubu qeyri-adi dəstəyə malik olacaq. Apasport.az saytının məlumatına görə, ölkə çempionunun fanklubu və "Start" İdman Əyləncə Kompleksi komanda üçün xoş sürpriz hazırlayıb.

Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində bakılıların evdə keçirəcəkləri qarşılaşmalarda futbolçuları qızlardan ibarət "dəstək qrupu" da qələbəyə ruhlandıracaq.

Qeyd edək ki, rəqs edən cavan qızların toplaşdığı “dəstək qrup”ları daha çox ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) dəbdədir.
0