Leonard Naydin Azərbaycanda oynayacaq?
18.06.2009 - 15:48
Rumıniyalı futbolçu Leonard Naydin ölkəmizi Avroliqada təmsil edəcək Bakının “İnter” klubuna təklif olunub. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi vətənində yüksək liqada mübarizə aparan “Politexnika” (İasi) klubunda oynayır. Naydin Timişoaranı təmsil edən “Politexnika”da, həmçinin Buxarestin “Dinamo” klubunda da forma geyinib. 1,82 metr boya malik Leonardın hələ qışda Azərbaycanda oynamaq variantı olub. Ancaq “Neftçi”yə baxışa gələn futbolçu sonradan geri qaytarılıb.
Qeyd edək ki, “İnter”in tarixində yeganə rumın futbolçu Marius Suleap olub. O, “Bakı” ilə ölkə kubokunu qazandıqdan sonra 2006-cı ilin qışında “İnter”ə keçib və bir ildən sonra ölkəmizi tərk etmişdi. Suleap da Naydin kimi orta sahə oyunçusu idi.

- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0