Siyəzəndə süni örtüklü meydança istifadəyə verildi
18.06.2009 - 16:37
Bu gün Siyəzən rayonunda AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançanın açılış mərasimi keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, tədbirdə assosiasiyanın baş katibinin müavini Elxan Əsədov, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Əflatun Rufiyev, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov, Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov və başqaları çıxış ediblər. Onlar gənc nəslin futbolla daha yaxşı şəraitdə məşğul olması üçün belə meydançaların inşa edilməsinin vacibliyini qeyd ediblər. Çıxışlar başa çatdıqdan sonra uşaq komandaları arasında oyun keçirilib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0