“Azərbaycan yığması qələbəyə layiq idi”
18.06.2009 - 16:45
“Azərbaycan yığması qələbəyə layiq idi”
“Moldova yığması ilə oyunda qələbəyə layiq idik. Biz də daha çox layiq olduğumuz qələbəni qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasının futbolçusu Nuran Qurbanov deyib.

“FA of Moldova Cup” turnirində keçirdiyi ilk oyunda moldovalı həmyaşıdlarına 2:1 hesabı ilə qalib gələn yığmamızın qollarından birinin müəllifi AFFA-nın rəsmi internet saytına açıqlamasında qarşılaşma ilə bağlı fikirlərini bildirib: “Turnirə qələbə ilə başladığımız üçün çox şadam. Təəssüf ki, ilk oyunda zədələndiyim üçün növbəti qarşılaşmalarda meydana çıxa bilməyəcəyəm. Hazırda özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, milli komandamızın sabah Bakı vaxtı ilə saat 12:00-da keçirəcəyi oyunda rəqibi Rumıniya U-17-si olacaq.
0