“Xəzər-Lənkəran”da daha bir itki: Əhməd Dursun da gedir
18.06.2009 - 17:28
“Xəzər-Lənkəran”da daha bir itki: Əhməd Dursun da gedir
“Xəzər-Lənkəran” daha bir futbolçusunu itirə bilər. Apasport.az saytının məlumatına görə, ikinci dövrədə komandanın sıralarına qoşulan Əhməd Dursun karyerasını vətəni Türkiyədə davam etdirmək istəyir.

Hücumçunun meneceri Superliqada mübarizə aparan “Əskişəhərspor” klubu ilə danışıqlara da başlayıb. Bir sıra futbolçuları transfer etməklə güclənmək niyyətində olan komanda Dursunu da heyətinə qatmaqda maraqlıdır. Lənkəran təmsilçisi isə Əhmədlə danışıqları davam etdirsə də, məsələ hələ yekunlaşmayıb.

Xatırladaq ki, cənublular daha iki məhsuldar oyunçusunun itirmək təhlükəsi ilə üzləşib. Klubun ötən mövsümkü bombardirləri siyahısında ikinci olan Romulo Silvanonu transferə çıxaran “Xəzər-Lənkəran” daha çox qol vuran İvan Svetkovla da yollarını ayıra bilər. O, Bolqarıstanın “Levski” klubu ilə anlaşmaq üzrədir.
0