Elvin Məmmədov da “Qarabağ”a keçdi
18.06.2009 - 17:34
“Qarabağ” klubu mövsümlərarası fasilədə üçüncü transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl Vüqar Nadirov və Cəmşid Məhərrəmovla anlaşan ağdamlılar Elvin Məmmədovu da heyətinə qatıb.
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” Tovuzun “Turan” klubunun yetirməsi olan, son il yarımda “İnter”də çıxış edən 21 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə bağlayıb. Elvin yeni klubunun rəsmi internet saytına açıqlamasında keçidi ilə bağlı fikirlərini bildirib: “Təbii ki, “Qarabağ”a gəldiyimə görə məmnunam. Məndən öncə edilən transferlərə nəzər saldıqda “Qarabağ”ın hədəfini müəyyən etmək çətin deyil. Çalışacağam ki, bu kluba ən yaxşısını verə bilim. Maraqlı və iddialı komandamız var. İnanıram ki, bu komanda nəinki ölkədə, Avropada da öz sözünü deyə biləcək”.
Qeyd edək ki, Məmmədov Azərbaycan milli komandasında 9 oyun keçirib 1 qol vurub.

- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
- "Yuventus"un yeni səfər forması – Çəhrayı rəng geri döndü - FOTO
- 41 yaşında yeni müqavilə – Modriç “Milan”da qalır
0
0