“Simurq” “Olimpi” ilə bacara bilmir
19.06.2009 - 09:40
“Simurq” “Olimpi” ilə bacara bilmir
“Simurq” Gürcüstanda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində üçüncü oyununu keçirib. Apasport.az saytının məlumatına görə, son 3 gün ərzində ikinci dəfə "Olimpi" ilə qarşılaşan Roman Pokoranın yetirmələri bu dəfə də minimal fərqlə məğlub olub.

Oyunun gedişində hesabda geri düşən “Simurq” iki dəfə bərabərlik qoluna imza atsa da, üçüncü dəfə bunu edə bilməyib və 2:3 hesabı ilə uduzub. "Sarı-qaralar"ın qollarına yeni transferlər - Genadi Solonitsin və Nikolay Petrov-Valev imza atıblar. Rustavililər 3 qoldan ikisini 11 metrlik cərimə zərbəsindən vurublar. Pokora 90 dəqiqə ərzində ixtiyarında olan bütün futbolçulara şans verib.

Qeyd edək ki, əvvəlki iki oyunda “Sioni”ni 1:0 hesabı ilə məğlub edib, “Olimpi”yə 1:2 hesabı ilə uduzan “Simurq” növbəti yoxlama görüşünü sabah keçirəcək. İyunun 20-də zaqatalalılar Tbilisinin "Lokomotiv" stadionunda "Zestafoni" ilə qarşılaşacaq.
0