Konfederasiyalar Kubokunda ilk sensasiya
19.06.2009 - 09:47
Konfederasiyalar Kubokunda ilk sensasiya
CAR-da keçirilən Konfederasiyalar Kubokunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, B qrupunda baş tutan ikinci tur sensasiya ilə əlamətdar olub.

Turnirin ilk sensasiyasına son Afrika çempionu Misir imza atıb. Hələ ilk turda Braziliya ilə qarşılaşmada heç-heçəyə yaxın olub son saniyələrdə bir xaldan məhrum olan afrikalılar dünya çempionu İtaliya yığmasını minimal hesabla məğlub edib. Artıq ilk hissədə hesabı açan afrikalılar rəqibin və hakimlərin səyinə baxmayaraq, bu üstünlüyü qoruyub. Matçın sonlarında avropalılara kömək etməyə çalışan hakimlər briqadasının şübhəli qərarları da oyuna damğasını vurub. İlk matçda da idarəçiliklə bağlı problemlər yaşayan və bu üzdən uduzduğunu iddia edən Misir bu dəfə istəyinə çatmaqla, yarımfinal şanslarını saxlayıb.

Digər qarşılaşmada isə ciddi çətinlik yaşamayan Braziliya ABŞ yığmasını böyük hesabla məğlub edib. Artıq ilk 20 dəqiqədə üç xalın taleyini həll edən braziliyalılar rəqib azlıqda qaldıqdan sonra daha bir dəfə fərqlənib. İlk turda olduğu kimi, yenə azlıqda qalan ABŞ isə turnirdə ikinci qırmızı vərəqəni alıb. A qrupundan fərqli, bu qrupda hələ heç nə dəqiqləşməyib. Yarımfinala nəzəri şanslarını saxlayan ABŞ yalnız sensasiyaya ümid edirsə, Braziliyanın belə qrupda qalması belə mümkündür.

Konfederasiyalar kuboku, II tur
18 iyun, B qrupu


ABŞ - Braziliya 0:3

Filipo Melo, 7; Robinyo, 20; Maykon, 62.

Misir – İtaliya 1:0
Homos, 40.

1

Braziliya

2

2

0

0

7-3

6

2

İtaliya

2

1

0

1

3-2

3

3

Misir

2

1

0

1

4-4

3

4

ABŞ

2

0

0

2

1-6

0


Qeyd edək ki, Konfederasiyalar kubokunda qrup mərhələsində üçüncü – sonuncu turunun oyunları iyunun 20-21-də keçiriləcək.

20 iyun. 23:30. Yohannesburq. İraq – Yeni Zelandiya
20 iyun. 23:30. Blumfonten. İspaniya – CAR
21 iyun. 23:30. Pretoriya. İtaliya - Braziliya
21 iyun. 23:30. Rustenburq. Misir – ABŞ
0