“Olimpik” belaruslu hücumçu ilə müqavilə imzaladı
19.06.2009 - 10:16
“Olimpik” belaruslu hücumçu ilə müqavilə imzaladı
Bakının “Olimpik-Şüvəlan” klubu iki futbolçunun keçidini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı belaruslu hücumçu Artyom Vaskov paytaxt təmsilçisində baxışdan uğurla keçib. Buna qədər Latviyanın güclülər dəstəsində “Blazma”da oynayan Artyomla artıq rəsmi müqavilə də imzalanıb.

İlk dəfə ölkəmizdə çıxış edəcək Vaskov həmyerlisi, Azərbaycan Premyer Liqasının gümüş medalçısı Dmitri Parxaçovdan sonra “Olimpik-Şüvəlan”da oynayan ikinci belaruslu futbolçu olacaq.

Milli komandamızın sabiq müdafiəçisi Ruslan Abbasovun da “Olimpik-Şüvəlan”a transferi artıq rəsmiləşib. 29 yaşlı sol cinah müdafiəçisi ilə bir illik müqavilə imzalanıb. Tovuz futbol məktəbinin yetirməsinin olan Ruslan “Turan”la yanaşı, “Neftçi” və “İnter”də oynayıb, bu iki komanda ilə ölkə çempionluğu qazanıb. Abbasov ötən mövsümün ikinci dövrəsində “Turan”a qayıdaraq, doğma komandasının Premyer Liqada qalmasında yardımçı oldu.
0