Misir yığmasının qələbəsi tarixə düşdü
19.06.2009 - 10:38
Misir yığmasının qələbəsi tarixə düşdü
Konfederasiyalar Kubokunda İtaliya yığmasına qalib gələn Misir milli komandası üçün bu uğur tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının hesablamalarına görə, afrikalılar tarixlərində ilk dəfə dördqat dünya çempionlarını üstələyiblər.

İndiyədək 4 dəfə apeninlərlə qarşılaşmış Misir yığması bütün matçlarda məğlub olmuşdu. 1920-ci il olimpiadasında rəqibinə 1:2 hesabı ilə uduzan Afrika təmsilçisi 8 il sonra keçirilən eyni yarışda darmadağınlar üzləşmişdi - 3:11.

1954-cü ildə keçirilən dünya çempionatının seçmə mərhələsindəki görüşlər də avropalıların qələbəsi ilə nəticələnib. 1953-cü ildə 2:1, bir il sonra isə 5:1 hesabı ilə qalib gələn “Skuadra Adzurra” 55 il idi ki, Misirlə üz-üzə gəlmirdi. Yarım əsrdən də artıq qarşılaşmayan rəqiblərin CAR-da baş tutan oyununda isə Afrika çempionu 1:0 hesabı ilə qalib gələrək, gec də olsa, qisas alıb.
0